Tərtərdə “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” mövzusunda tədbir keçirilib
Tərtərin təmas xəttinə yaxın yerləşən Qaraağacı kənd tam orta məktəbində keçirilən tədbirdə əvvəlcə layihə rəhbəri Yasin Əliyev çıxış edərək layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, layihə Azərbaycan Gənclər Fondunun malyyə yardımı ilə keçirilir. 10 dekabr 2018-ci ildən 10 mart 2019-cu ilədək dövrü əhatə edən layihənin ilk mərhələsində “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” videoçarxı hazırlanıb və eyniadlı buklet nəşr olunub.
Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov tədbir iştirakçılarını salamlayıb, bu cür layihənin daha çox düşmənin ekolojo terroruna məruz qalmış bir rayonda keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Layihənin təlimçisi AMEA-nın Fəlsəfə İnstitutunun dissertantı Şöhrət Eyvazov bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Ermənistanın 30 ildən çoxdur ki, ölkmizə qarşı həyata keçirdiyi ekoloj terrorun ağır nəticələri haqqında məlumat toplamaq və bu bilkləri ictimaiyyətə, xüsusi ilə gənc nəsilə çatdırmaqdır. Məlumat verilib ki, “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” videofilmi əsasən Bərdə və Tərtər rayonlarının ekoloji terrora məruz qalan ərazilərində çəkilib və meşələrin və torpaqların yandırılması, qadağan olunmuş mərmilərin atılması və başqa mövzularda olan arxiv materillarından istifadə edilib.
Aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev və Qaraağacı kənd tam orta məktəbinin direktoru Rəşad Qarayev dünyanın qlobal problemlərindən olan ekoloji problem haqqında danışıblar. Tədbirdə belə layhələrin həyata keçirlməsiylə gənclərin Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsində əks-hücuma keçmək üçün yeni mənbə əldə etdiklərini də vurğulanıb.
Videofilmin nümayişindən sonra mövzu barədə ətraflı diskusiya aparılıb, layihə rəhbəri və layihənin təlimçisi iştirakçıları maraqlandıran suallara cavab veriblər. Daha sonra “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” videoçarxı olan disk və eyniadlı buklet iştirakçılara paylanıb, sertifikatlar təqdim olunub.