Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə məcburi köçkünlər üçün tibbi aksiya keçirilib

07 mart 2019 | 16:00

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə martın 7-də Tərtər rayonunda məcburi köçkünlərin tibbi müayinəsi keçirilib. Tibbi aksiyanın keçirilməsində məqsəd məcburi köçkünlərə yaşadıqları ərazidə yüksək keyfiyyətli səhiyyə xidmətindən istifadə etmək imkanı yaratmaqdır.

Məcburi köçkünləri müayinə etmək məqsədilə Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının 19 nəfərdən ibarət həkim briqdası Tərtərə ezam olunub. Yüksək ixtisaslı həkimlər burada lazımi avadanlıqlarla tam təchiz olunmuş Mərkəzi Xəstəxanada məcburi köçkün pasiyentləri müayinə ediblər. Müayinəyə Tərtər rayonunda və ətraf ərazilərdə müvəqqəti məskunlaşmış 600-dən çox məcburi köçkün cəlb edilib. Müayinəyə gələnlərdən 1 nəfərin təcili cərrahi müdaxiləyə ehtiyacı olduğu aşkarlanıb və o, dərhal əməliyyat edilib. 15 nəfərə isə Bakı şəhərinə göndəriş verilib. Məcburi köçkünlərlə sağlam həyat tərzinin əsas şərtləri və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı söhbətlər aparılıb. Sonra Dövlət Komitəsinin əməkdaşları və Kliniki Xəstəxananın həkimləri yataq xəstəsi olan məcburi köçkünlərə də baş çəkib, onların səhhəti ilə maraqlanıblar.

Tərtər rayon Mərkəzi Xəstəxanasında tibbi müayinənin gedişi ilə tanış olan Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov bu cür aksiyaların təmas xəttində yerləşən bir rayonda keçirilməsini yüksək qiymətləndirib, təşkilatçılara və həkimlərə öz razılığını bildirib.

 

 

Keçidlər