Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayon təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir.

05 sentyabr 2013 | 15:00

5 sentyabr 2013-cü il tarixdə rayonun təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxmışlar.

Konfrans öz işini rayon Gənclər Mərkəzinin iclas zalında davam etdirmişdir. Tədbiri giriş sözü ilə rayon təhsil şöbəsinin müdiri Aydın Qarayev açmış, təhsil işçilərini yeni dərs ilinin başlaması münasibəti ilə təbrik etmişdir.

Sonra A.Qarayev “2012-2013-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə” məruzə etmişdir. Məruzə ətrafında şəhər 2 saylı məktəb liseyin direktoru Gülarə Əkbərova, şəhər 1 saylı tam orta məktəbin müəllimi Sevda Vəliyeva, Ələsgərli kənd tam orta məktəbin müəllimi Sədaqət Şirinova və başqaları çıxış etdilər.

Konfransda Azərbaycan Müəllimlərinin qurultayına da nümayəndələr seçilmişdir.

Təhsil işçilərinin sentyabr konfransında rayon icra hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərov və Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi Sahib Məcidov da iştirak etmişdir.
 

Keçidlər