Tərtər Rayon İcra Hakimiyyətində vakant olan inzibati vəzifəyə müsabiqə üzrə müsahibə elanı
18 avqust 2026 | 11:57
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün müsabiqə üzrə müsahibə elan edir. Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən aşağıda göstərilən 1 vakant vəzifə təqdim olunub.
Müsabiqə üzrə müsahibədə iştirak etmək üçün sənəd qəbulu 17 avqust 2026-cı il tarixdən 15 sentyabr 2026-ci il tarixinədək davam edəcəkdir. Elan üzrə sənəd qəbulu yalnız aşağıda qeyd olunmuş Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir.






