Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətində vakant olan inzibati vəzifələr

18 mart 2026 | 14:29

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi aşağıda göstərilən dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edir. Tərtər Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 7 vakant vəzifə təqdim olunub.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 mart 2026-cı il tarixdə elan edilmiş dövlət qulluğuna qəbul üçün daxili müsahibə elanı sənəd qəbulu 31 mart 2026-ci il tarixinədək davam edəcəkdir. Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Elan üzrə sənəd qəbulu yalnız aşağıda qeyd olunmuş Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

1.Tərtər Rayon İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Hüquq və kadr məsələləri sektoru, sektor müdiri

2.Tərtər Rayon İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi , Memarlıq-tikinti məsələləri sektoru, şöbə müdirinin müavini - sektor müdiri (baş memar)

3.Tərtər Rayon İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi , Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru , məsləhətçi

4.Tərtər Rayon İcra Hakimiyyəti, İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər, Canyataq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, baş məsləhətçi - ev təsərrüfatlarının uçotu işinin aparıcısı

5.Tərtər Rayon İcra Hakimiyyəti, İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər, Seydimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, baş məsləhətçi - ev təsərrüfatlarının uçotu işinin aparıcısı

6.Tərtər Rayon İcra Hakimiyyəti, İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər, Umudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, baş məsləhətçi - ev təsərrüfatlarının uçotu işinin aparıcısı

7.Tərtər Rayon İcra Hakimiyyəti, İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər, Xoruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, baş məsləhətçi - ev təsərrüfatlarının uçotu işinin aparıcısı 

Keçidlər