Tərtər Rayon İcra Hakimiyyətində vakant olan inzibati vəzifələr
17 sentyabr 2024 | 09:29
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək ümumi müsahibəyə Tərtər Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 9 vakant vəzifə təqdim olunub.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 16 sentyabr 2024-cü il tarixindən 15 oktyabr 2024-cü il saat tarixədək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Elan üzrə sənəd qəbulu yalnız aşağıda qeyd olunmuş Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
Ümumi müsahibə elanları
1.Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Hüquq şöbəsi, şöbə müdiri (1 yer)
2.Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, şöbə müdirinin müavini (1 yer)
3.Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Memarlıq və tikinti şöbəsi, şöbə müdiri (1 yer)
4.İcra Nümayəndəlikləri, Ağdərə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer)
5.İcra Nümayəndəlikləri, Canyataq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini - İHB-nın nümayəndəsinin müavini (1 yer)
6.İcra Nümayəndəlikləri, Əskipara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer)
7.İcra Nümayəndəlikləri, Hacəqərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer)
8.İcra Nümayəndəlikləri, Köçərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, baş məsləhətçi - baş mühasib (1 yer)
9.İcra Nümayəndəlikləri, Umudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini - İHB-nın nümayəndəsinin müavini (1 yer)