Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətində vakant olan inzibati vəzifələr

03 iyul 2024 | 15:26

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək daxili müsahibəyə Tərtər Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 4 vakant vəzifə təqdim olunub.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 03 iyul 2024-cü il tarixindən 17 iyul 2024-cü il saat 18:00 tarixədək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Elan üzrə sənəd qəbulu yalnız aşağıda qeyd olunmuş Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

Daxili müsahibə elanları

1.İcra Nümayəndəlikləri, Canyataq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini - İHB-nın nümayəndəsinin müavini (1 yer)

2.İcra Nümayəndəlikləri, Əskipara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer)

3.İcra Nümayəndəlikləri, Köçərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, baş məsləhətçi - baş mühasib (1 yer)

4.İcra Nümayəndəlikləri, Umudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini - İHB-nın nümayəndəsinin müavini (1 yer)

 

Keçidlər