Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətində vakant olan inzibati vəzifələr

06 may 2025 | 10:02

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi aşağıda göstərilən dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edir. Tərtər Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 3 vakant vəzifə təqdim olunub.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 06 may 2025-ci il tarixdə elan edilmiş dövlət qulluğuna qəbul üçün daxili müsahibə elanı sənəd qəbulu 20 may 2025-ci il tarixinədək davam edəcəkdir. Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Elan üzrə sənəd qəbulu yalnız aşağıda qeyd olunmuş Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

1. İrəvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi 

2.Seydimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini - İHB-nın nümayəndəsinin müavini 

3.Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, baş məsləhətçi - baş mühasib

 

Keçidlər