Tərtər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə bağlı Elan
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyəti başçısının 17 may 2022-ci il tarixli 72 saylı Sərəncamı ilə Tərtər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə rayon icra hakimiyyəti əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla, 9 nəfərdən ibarət seçki komissiyası yaradılmış, Tərtər Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2024-cü il tarixli 45 nömrəli sərəncamı ilə komissiyanın yeni tərkibi təsdiq edilmişdir.
Seçki komissiyası tərəfindən 22 aprel 2024-cü il tarixdən etibarən 20 gün müddətinə İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatın başlanması və başa çatması vaxtı elan olunmuşdur. Vətəndaş cəmiyyəti institutlarını təmsil edən 9 nəfərin namizədliyi qeydə alınmışdır.
24 iyun 2024-cü il tarixdə saat 11:00-da Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasında Tərtər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçiriləcəkdir.
Seçki ilə bağlı əlavə məlumatların əldə olunması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə müraciət oluna bilər.
Tərtər Rayon İcra Hakimiyyəti