Elan
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyəti başçısının 17 may 2022-ci il tarixli 72 saylı Sərəncamı ilə Tərtər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə rayon icra hakimiyyəti əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla, 9 nəfərdən ibarət seçki komissiyası yaradılmış, 17 aprel 2026-cı il tarixli 83 nömrəli sərəncamla seçki komissiyasının yeni tərkibi təsdiq edilmişdir.
Seçki komissiyası tərəfindən 23 aprel 2026-cı il tarixdən etibarən 20 gün müddətinə İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatın başlanması və başa çatması vaxtı elan olunmuşdur. Vətəndaş cəmiyyəti institutlarını təmsil edən 9 nəfərin namizədliyi qeydə alınmışdır.
22 iyun 2026-cü il tarixdə saat 11:00-da Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasında Tərtər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçiriləcəkdir.
Seçki ilə bağlı əlavə məlumatların əldə olunması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat məsələləri sektoruna müraciət oluna bilər.
Tərtər Rayon İcra Hakimiyyəti






