Şriftin ölçüsü :

Saytın rəngi :

Elan

23 aprel 2026 | 15:46

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq  Tərtər Rayon İcra Hakimiyyəti başçısının 17 may 2022-ci il tarixli 72 saylı sərəncamı ilə Tərtər  Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi seçki komissiyası yaradılmış, 15 aprel 2024-cü il tarixli 45 nömrəli sərəncamla rayon icra hakimiyyəti əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla,  9 nəfərdən ibarət seçki komissiyasının yeni tərkibi təsdiq edilmişdir.

Tərtər  Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın yaradılması üçün 24.06.2024-cü il tarixdə keçirilmiş iclasda Şuraya 9 nəfər üzv seçilmişdir. İctimai Şuranın səlahiyyət müddəti 24.06.2026-cı il tarixdə başa çatır.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının 17 aprel 2026-cı il tarixli 83 nömrəli sərəncamı ilə Tərtər  Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə seçki komissiyasının yeni tərkibi təsdiq edilmişdir.

Bununla əlaqədar olaraq 23 aprel 2026-cı il tarixdən etibarən 20 iş günü müddətində Tərtər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 21 may 2026-cı il saat 18:00-da başa çatacaqdır. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız 1 nəfər namizəd irəli sürə bilər.

Seçki ilə bağlı əlavə məlumatların (hansı sənədlərin təqdim olunması və.s) əldə olunması üçün Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat məsələləri sektoruna müraciət oluna bilər.

Tərtər Rayon İcra Hakimiyyəti

 

Keçidlər