Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalisi

         Əhalinin sayı-105.0 min nəfər 

Tərtər rayonunun ərazisi 960 kv.km olmaqla ölkə ərazisinin 1.1 faizini təşkil edir. Mərkəzi Tərtər şəhəridir. Bakı şəhərindən 332 km məsafədə yerləşir. Yevlax, Goranboy, Kəlbəcər, Ağdam, Bərdə rayonları ilə həmsərhəddir. Rayonda 2 şəhər, 1 qəsəbə və 74 kənd yaşayış məntəqəsi var.

1 yanvar 2021-ci il tarixə rayon əhalisinin sayı 105.0 min nəfər olmuş və əvvəlki illə müqayisədə əhalinin sayı 230 nəfər və ya 0.2 faiz artmışdır. Rayon əhalisi ölkə əhalisinin 1.0 faizini, Yuxarı-Qarabağ iqtisadi rayonunun 15.2 faizini təşkil edir. Əhalinin sıxlığı (1 kv.km-ə düşən əhali) 109 nəfər təşkil edir. Əhalinin orta illik sayı 104.8 min nəfər olmuşdur. Əhalinin ümumi sayından 28.8 faizi şəhər, 71.2 faizi kənd yerlərində yaşayır. Rayon əhalisinin 52.2 min nəfəri və ya 49.7 faizini kişilər, 52.8 min nəfəri və ya 50.3 faizini qadınlar təşkil edir. Hər 1000 kişiyə 1012 nəfər qadın düşür.

Əhalinin ümumi sayından əmək qabiliyyətli yaşadək olanlar 20.3 min nəfər (19.4%), əmək qabiliyyətli yaşda olanlar 68.9 min nəfər (65.8%), əmək qabiliyyətli yaşdan yuxarı olanlar 15.5 min nəfər (14.8%) təşkil edir. Əhalinin 28.1 min nəfəri və ya 26.8 faizi 14-29 yaşda gənclərdir ki, onların 17.7 min nəfəri və ya 63.0 faizi  kənd yerlərində yaşayır. Əhalinin orta yaşı 31 yaş təşkil edir.

2020-ci ildə rayonda 961 körpə və ya hər gün təxminən 3 yeni kiçik vətəndaş dünyaya gəlir. Bu göstərici ölkə üzrə doğulanların 0.8 faizini, Yuxarı-Qarabağ iqtisadi rayonu üzrə doğulanların 12.6 faizini təşkil edir. Doğulanların 55.2 faizini oğlanlar, 44.8 faizini qızlar təşkil edir. 2019-cu illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 13.9-dan 11.7- qədər azalmışdır. Doğulanların 11.9 faizi rəsmi nikahdan kənar doğulmuşdur.

2020-ci ildə rayonda 693 ölüm qeydə alınmışdır ki, onun 6 nəfəri 1 yaşa qədər ölən uşaqlardır. Ölənlərdən 149-u (21.5%) şəhərdə, 544-ü (78.5%) kənd yerlərində qeydə alınmışdır. 2019-cu illə müqayisədə 2020-ci ildə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 6.4-dən  8.5-ə qədər artmışdır.

2020-cu ildə rayonda 280 nigah bağlanmış və 113 boşanma halları qeydə alınmışdır.

2020-ci ildə daimi yaşamağa rayona 16 nəfər gələn, 54 nəfər gedən qeydə alınmışdır. Miqrasiyanın mənfi saldosu - 38 nəfər təşkil etmişdir.

Ermənistanın respublikamıza təcavüzü nəticəsində 1 yanvar 2021-ci il tarixə 2635 nəfər qaçqın və 10587 nəfər məcburi köçkün Tərtər rayonunda məskunlaşmışdır.

Keçidlər