Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunun yaradılmasının 85 illik yubileyi münasibətilə yuxarı sinif şagirdləri arasında “Tərtər qəhrəmanlar diyarıdır” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

15 fevral 2019 | 16:00

Rayon icra hakimiyyətinin  tədbirlər planına uyğun olaraq rayon Təhsil şöbəsi Gənclər və İdman idarəsi və YAP rayon təşkilatı ilə birlikdə  rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Tərtər qəhrəmanlar diyarıdır” mövzusunda inşa yazı müsabiqəsi keçirib.

Müsabiqənin birinci mərhələsi məktəblərdə, yekun turu isə Uşaq Gənclər Şahmat məktəbində keçirilib. Yekun turda 44 ümumtəhsil məktəbindən 50 şagird iştirak edib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov çıxış edərk rayonun tarixi barədə ətraflı məlumat verib. Bildirib ki, bu il Tərtər rayonunun yaradılmasının 85 illik yubleyini qeyd edəcəyik. Bununla əlaqədar rayon icra hakimiyyətinin hazırladığı tədbirlər planına uyğun olaraq müxtəlif tədbirlər keçirilir.

Sonda E.Umudov müsabiqə iştirakçılarına uğurlar dilədi.

Şagirdlərə müsabiqənin şərtləri haqqında ətraflı məlumat verildikdən sonra inşa yazı müsabiqəsinə başlanıldı.

Keçidlər