Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Qurban bayramı

23 avqust 2018 | 16:00

Müqəddəs Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da böyük təntənə ilə qeyd edildi. Əvvəlcədən müəyyən edilmiş kəsim məntəqələrində qurban kəsiləcək heyvanlara dua oxundu, dini ənənələrə uyğun olaraq qurban mərasimi başladı.

Tədbirdə şəhid ailələrinə, əlillərə, ağsaqqallara,  Böyük Vətən Müharibəsi Veteranlarına, Çernobıl əlillərinə, tənha və kimsəsizlərə, aztəminatlı ailələrə, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə, Şıxarx qəsəbəsində yaşayan məcburi köçkünlərə qurban payı verildi.

Rayon ərazisində yerləşən hərbi hissələr də unudulmadı. Hərbi hissələrə də qurban payı göndərildi.

Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

 

 

Keçidlər