Şriftin ölçüsü :

Saytın rəngi :

İrəvanlı kəndində başçının səyyar qəbul-görüşü oldu

17 avqust 2018 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü İrəvanlı kəndində oldu.

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.

Əvvəlcə İrəvanlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.

Sonra sakinlərin müraciətləri dinlənilib. Kənd ağsaqqalı Yığbal Həsənov qəbula gələnləri salamlayaraq bildirib ki, kəndin sosial problemləri həll olunub, qaz, işıq, içməli su, yol sarıdan korluğumuz yoxdur.  Bunun üçün möhtərəm prezidentimizə minnətdarlığımızı bildiririk. Kəndimizddəki köhnə elektrik dirəkləri yenisi ilə əvəz olunsa, daha yaxşı olar.

Sonra kənd sakinləri Mahir Abbasov kənddə yeni subartezian quyusunun qazılması, Nəsib Quluyev kənddaxili yolların asfaltlanmasına ehtiyac olduğunu bildiriblər. Rza Əhmədov isə şəxsi təsərrüfatının suvarılması ilə bağlı müraciət edib.

Müraciətlərlə bağlı əlaqədar təşkilatlara rayon rəhbəri tərəfindən aidiyyəti tapşırıqlar verilib.

Sonra rayon rəhbəri görülən işlərdən, kənd əməkçilərinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, onlara yeni-yeni əmək nailiyyətləri diləyib.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər