Şriftin ölçüsü :

Saytın rəngi :

UNICEF və BAMF-ın nümayəndə heyyəti Tərtər rayonuna səfər edib

09 iyul 2018 | 16:00

BMT Uşaq Fondu (UNICEF) və onun yerli tərəfdaşı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəsmiləri Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsinin yeni mərhələsi çərçivəsində Tərtər rayonuna növbəti səfərlərini ediblər.

Səfər çərçivəsində Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev və UNICEF-in nümayəndəsi Edward Carwardine Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Bildirilib ki, layihənin əsas məqsədi region gənclərini müasir dövrün çağırışları barədə marifləndirmək, onlara yeni bilik və bacarıqlar aşılamaq, liderlik keyfiyyətləri formalaşdırmaq və gənclərlə bağlı qərarların qəbul olunması prosesində onların iştirakını dəstəkləmək, onları pis vərdişlərdən çəkindirmək və öz potensiallarından düzgün və məqsədyönlü şəkildə istifadə etmələrinə nail olmaqdır.

Görüşdə rayon rəhbəri cəmiyyətin və dövlətin inkişafında gənclərin oynadığı rol haqqında danışıb, bildirib ki, bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Sonra nümayəndə heyyəti Gənclər Mərkəzində Məşvərət Şurasının üzvləri ilə görüşüb, 3D film mərkəzində film izləyiblər.
 

Keçidlər