Şriftin ölçüsü :

Saytın rəngi :

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Tərtərdə tədbir keçirdi

04 iyul 2018 | 16:00

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Cəbhəyanı rayonlarda yaşayan mina qurbanlarının və digər müharibə əlillərinin kiçik biznesə cəlb edilməsi” adlı layihə çərçivəsində tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov açaraq açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb.

Bildirilib ki, layihənin məqsəd mina qurbanlarını və digər müharibə əlillərini kiçik biznes sahəsinə cəlb edərək onların iqtisadi problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarətdir.

Tərtər rayonunda yaşayan mina qurbanları və digər müharibə əlillərinə Əfqanıstan və Qarabağ müharibələri zamanı mina qurbanı olmuş təlimçi tərəfindən kiçik biznesin praktiki əsaslarına dair, Qarabağ müharibəsində mina qurbanı olmuş hüquqşünas isə kiçik biznesin hüquqi əsaslarına aid maarifləndirici məlumatlar vermişdir. Bundan başqa tədbir iştirakşılarına Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın dünyadakı mina qurbanlarına tövsiyyə etdiyi “101 çox yaxşı ideya” məlumat vərəqi paylanmışdır. Seminarda iştirak etmiş "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Tərtər rayon təşkilatının üzvləri bu tədbirin keçirilməsini yüksək qiymətləndirib, layihənin donoru olan Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınına minnətdarlıq etdilər.
 

Keçidlər