Şriftin ölçüsü :

Saytın rəngi :

Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi

18 iyun 2018 | 16:00

Tərtərdə 17 iyun-Tibb İşçilərinin Peşə Bayramını günü münasibəti ilə tədbir keçirildi.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər. 

Sonra tədbir YAP Tərtər rayon təşkilatının  inzibati binasında davam etdirildi.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tibb işçilərini peşə bayramları münasibətilə təbrik etdi, onlara insanların sağlamlığı keşiyində ayıq-sayıq dayanmağı, Hipokrat andlarına sadiq olmağı arzuladı. Rayon rəhbəri qeyd etdi ki,  möhtərəm  Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Biz bu diqqət və qayğını öz rayonumuzun timsalında da aydın görürük.

Sonra Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Yaşar Hüseynov çıxış edərək tibb işçilərini bayramları münasibəti ilə təbrik edərək, səhiyyənin keçmişi və bu günü ilə bağlı məlumat verdi. Bildirdi ki, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən respublikamızda səhiyyə sahəsində aparılan islahatlar, bu sahəyə göstərdiyi diqqət və qayğı Azərbaycan səhiyyəsinin inkişaf səviyyəsini yüksəltmişdir.

Əhalinin sağlamlığı birbaşa respublika prezidentinin nəzarətindədir. Məhz onun tapşırığı ilə əhalinin tibbi müayinədən keçirilməsi bu diqqət və qayğının bariz nümunəsidir.

Baş həkimin təbrikinə rayon uşaq polikilinikasının şöbə müdiri Zəhra Əliyeva, Azad Qaraqoyunlu kənd xəstəxanasının baş həkimi Tofiq Quliyev, şua diaqnostika həkimi Oktay Əliyev də qoşulmuşlar.

Tədbirdə işində fərqləndiklərinə görə bir qrup tibb işçisinə rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman, qiymətli hədiyyələr və Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi tərəfindən təsis olunmuş “Vətən Naminə” medalı təqdim olundu.

 

Keçidlər