Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı respublika fənn olimpiadasının qalibləri ilə görüşdü

23 may 2018 | 16:00

Mayın 23-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məktəblilərin respublika fənn olimpiadasının rayondan olan qalibləri ilə görüşdü.  Tədbirdə coğrafiya fənni üzrə 3-cü yerə layiq görülmüş Ələsgərli kənd tam orta məktəbin 11-ci sinif şagirdi Gültac Paşazadə, tarix fənni üzrə 3-cü yerə layiq görülmüş şəhər 2 saylı məktəb-liseyin 11-ci sinif şagirdi Nuranə Kərimova, rayon Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, qaliblərin valdeyinləri və müəllimləri də iştirak etdilər.

Görüşdə rayon rəhbəri respublika olimpiadasında öz bilik və istedadlarını nümayiş etdirərək uğur qazanan məktəblilərə xoş arzularını bildirdi, onları təbrik etdi. O, dövlət tərəfindən təhsil müəssisələrinin əsaslı təmir edilməsi, yenilərinin tikilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən danışdı və bütün bunların Azərbaycanın xoşbəxt gələcəyi naminə edildiyini diqqətə çatdırdı.

Sonra olimpiada qaliblərinə və onların müəllimlərinə rayon rəhbəri tərəfindən qiymətli hədiyyələr və pul mükafatı təqdim olundu.

Keçidlər