Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar-qəbul görüş Təzəkənd kəndində olub

11 may 2018 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Təzəkənd kəndində olub.

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Təzəkənd kənd ümumi orta məktəbinin direktoru Azər Həsənov kənddə görülən işlərdən, sosial problemlərin həllinə göstərilən diqqət və qayğıdan danışaraq, göstərilən qayğıya görə cənab Prezidentə öz minnətdarlığını bildirib və məktəblərinin əsaslı təmiri ilə bağlı müraciət edib.

Qəbulda sakinlərdən Rəşid Məmmədovun, Ziyəddin Qasımovun və  digərlərinin də müraciətləri dinlənilib.

Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər