Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbirlər davam edir

10 may 2018 | 16:00

Mayın 10-da axşam saatlarında Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan konsert təşkil olunub.

Tərtər şəhərində Ulu Öndərin adını daşıyan parkda təşkil olunan konserti Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və minlərlə rayon sakini izləyib.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, onun həyat və yaradıcılığından bəhs edən eksponatlarla tanış olublar.

Azərbaycan Respublikasının Əməkdar Artisti Aybəniz Haşımova və onun “Bülbüllər” qrupunun, rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin və uşaq-gənclər inkişaf mərkəzinin yetirmələrinin Azərbaycana, Ulu Öndərə, Vətənə aid səsləndirdikləri mahnılar və rəks nümunələri tamaşaçılarda xoş təsüratlar yaradıb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Keçidlər