Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirildi

09 may 2018 | 16:00

Mayın 9-da Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayon icra hakimiyyətinin təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirildi.

Magistiral avtomobil yollarının ətrafında, Heydər Əliyev prospektində, Mərkəzi Meydanda, Ulu Öndərin adını daşıyan parkda, Tərtər-Şıxarx avtomobil yolunun kənarında, məcburi köçkünlər üçün yeni inşa edilmiş qəsəbədə keçirilən aksiyada rayon icra hakimiyyətinin, bütün idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak etdilər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun və hüquq-mühafizə orqanlarının rəhbərlərinində iştirak etdiyi tədbirdə 1000-dən çox Eldar Şamı, 2000 gül və təkgöz kolu,  3000-dən çox müxtəlif növ dekarativ çiçəklər əkildi.

Aksiya zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparıldı, yeni əkilən ağaclar suvarıldı və onlara aqrotexniki qaydada qulluq göstərildi, əkilən ağacların inkişafı üçün, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görüldü.

 

Keçidlər