Şriftin ölçüsü :

Saytın rəngi :

Təmas xəttində növbəti monitorinq keçirilib

03 may 2018 | 16:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 3-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.

Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova görüşüblər. Görüşdə rayon rəhbəri ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verib. Bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.

Monitorinq insidentsiz başa çatıb.

Keçidlər