Şriftin ölçüsü :

Saytın rəngi :

Bəyimsarov kəndində səyyar qəbul-görüş keçirildi

20 fevral 2018 | 16:00

Bu dəfə rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü rayonun Bəyimsarov kəndində keçirildi. Qəbulda rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və KİV nümayəndələri iştirak etdilər.

Əvvəlcə Bəyimsarov kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov kənd haqqında ətraflı məlumat verdi.

Sonra kənd ağsaqqalı Bəhmən Bayramov rayonda, eləcə də kəndlərində geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndin fasiləsiz elektrik enerjisi, təbii qazla və içməli su ilə təmin olunmasından razılıq hissi ilə danışdı. Kəndlərində internetin zəif olduğunu qeyd etdi.

Vaqif Əliyev kənd mədəniyyət evinin, Bəyimsarov kənd tam orta məktəbin direktoru məktəbin, kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova xəstəxananın təmiri ilə bağlı müraciət etdilər.

Fermerlər Habil İbrahimov və Fazil Vəliyev onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, kənd təsərrüfatının inkişafına dövlət dəstəyindən söhbət açaraq pambıqçılıqda, şəkər çuğunduru istehsalında əldə etdikləri məhsuldarlıqdan danışdılar. Pay torpaqlarının şoranlaşmasının qarşısının alınması ilə əlaqədar müraciət etdilər.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər