Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib

06 fevral 2018 | 16:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və onun səhra köməkçisi Mixail Olaru fevralın 6-da Tərtər rayonunda olub.

Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.

Diqqətə çatdırılıb ki, sonuncu monitorinqin keçirildiyi noyabrın 8-dən indiyədək atəşkəs 481 dəfə pozulub. Əsasən rayonun Qapanlı, Həsənqaya, Çaylı, Şıxarx, Qazyan, Qaynaq və Hüsənli kəndləri mütəmadi olaraq iriçaplı silahlardan atəşə tutulur. Bunun nəticəsidir ki, rayonun Qapanlı və Qazyan kəndlərində pambığın maşınla yığılması mümkün deyil. Həmin kəndlərin sakinləri bu il pambığı gecə saatlarında əl ilə yığıblar ki, bu da məhsulun maya dəyərinin artmasına gətirib çıxarıb.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ətraflı məlumat üçün təşəkkür edib.

Keçidlər