Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhər İƏD üzrə nümayəndə hesabat verdi

24 yanvar 2018 | 16:00

Tərtər şəhər İƏD üzrə nümayəndəliyin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.

Tədbirdə Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov məruzə ilə çıxış etdi. Göstərdi ki, ötən ilin yekunları Tərtər şəhəri üçün də uğurlu olmuşdur.
Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində şəhərin iqtisadiyyatı daha da güclənmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, tikinti-abadlıq, quruculuq işləri geniş vüsət almışdır.

Sevindirci haldır ki, ölkə Prezidenti cənab İlham Əliyev ötən il Tərtərdə olmuş, bir sıra obyektlərin açılışında iştirak etmişdir. Sahib Həsənov bildirdi ki, son illər görülən məqsədyönlü tədbirlər nəticəsində şəhərdə qaz, su, elektrik enerjisi sahəsində heç bir problem qalmayıb. 2017-ci ildə şəhərdə daha 2 ədəd transformator yenisi ilə əvəz edilib.

İcra nümayəndəliyi şəhərin təmizliyinin təmin edilməsi, yaşıllıqların genişləndirilməsi və qorunub mühafizə edilməsi üçün ardıcıl tədbirlər görmüşdür.

Hesabat yığıncağında çıxışlar oldu. Rayon mənzil istehsalat istismar idarəsinin rəisi Hafiz Ələkbərov, su-kanal idarəsinin rəisi Elnur Abbasov, Tərtər Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Zülfü Salahov, Tərtər Regional Qaz İstismarı İdarəsi rəisinin Tərtər xidmət sahəsi üzrə müavini Müxlis Əmirov, rayon Ağsaqqallar Şurasının üzvü Rauf Həsənzadə çıxış etdilər. Onlar öz çıxışlarında ötən il ərzində şəhərin sosial-iqtisadi inkişafını təmin etmək və Tərtəri daha da abad, gözəl, füsünkar bir məkana çevirmək üçün görülən tədbirlərdən, ölkə Prezidenti cənab İlham Əliyevin Tərtərə və tərtərlilərə göstərdiyi qayğıdan danışdılar, hazırda mövcud olan problemlərə və nöqsanlara münasibət bildirdilər.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək rayonun sosial-iqtisadi inkişafından, həyata keçirilən məqsədyönlü tədbirlərdən, qarşıda duran vəzifələrdən danışmış, ölkə rəhbərinə Tərtərə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirmişdir.

Keçidlər