Şriftin ölçüsü :

Saytın rəngi :

Ordudan təxris olunan gənclərin qarşılanma mərasimi keçirildi

18 yanvar 2018 | 16:00

Tərtər Rayon  Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi ilə birlikdə hərbi xidmətdən tərxis olmuş gənclərin qarşılanma mərasimini keçirmişdir.

Əvvəlcə gənclər Ulu Öndərin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoymuş sonra  Heydər Əliyev Mərkəzində  Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. Tədbir “dəyirmi masa” arxasında davam etdirilmişdir.

Mərasimi giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi İslam Məmmədov  açaraq gənclərə ordu quruculuğunda görülən işlərdən danışmış, bildirmişdir ki, Azərbaycan Ordusunun güclü maddi-texniki bazası, şəxsi heyəti, yüksək döyüş və mənəvi-psixoloji hazırlığı vardır. Xalqla ordunun birliyi möhkəmdir.

Sonra Qarabağ müharibəsi əlili, Tərtər özünümüdafiə batalyonun sabiq komandiri Pənah Məmmədov, valdeyinlər adından Azər Quliyev, hərbi xidmətdən yeni qayıtmış  Vüsal Vəlibəyli, gənclərin çağırışaqədər hazırlıq müəllimi Telman Həsənov çıxış edərək hərbi xidmətdə əsgərlərə göstərilən diqqət və qayğıdan söhbət açdılar.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısının birinci müavini Ramiz Şabanov  gəncləri salamlayaraq onların valdeyinlərinə gözaydınlığı verdi. O, ordu quruculuğundan, ölkə rəhbəri tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan, 48 km təmas xətti olan Tərtər rayonunun ön cəbhədə yerləşən kəndlərində aparılan tikinti-abadlıq işlərindən, onların sosial problemlərinin həllindən, şəhid ailələrinə, müharibə veteranları və əlillərə göstərilən qayğıdan, onların adlarının əbədiləşdirilərək rayonumuzun küçələrinə verilməsindən,  həmin küçələrdə aparılan abadlıq işlərindən, küçələrin girişində adları verilən şəhidlərimizin  baralyeflərinin hazırlanıb qoyulmasından danışdı. Onların döyüş fəaliyyətinin gənclərimizə örnək olduğunu vurğuladı.

Sonra xidmətdə fərqlənmiş bir qrup gəncə rayon icra hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən qiymətli hədiyyələr təqdim olundu.

 

Keçidlər