Şriftin ölçüsü :

Saytın rəngi :

“20 yanvar şaigrdlərin gözü ilə” inşa yazı müsabiqəsi keçirildi

16 yanvar 2018 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayon Təhsil şöbəsi Gənclər və İdman idarəsi ilə birlikdə  rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar şaigrdlərin özü ilə” mövzusunda inşa yazı müsabiqəsi keçirmişdir. Müsabiqənin Birinci mərhələsi məktəblərdə, yekun turu isə Uşaq Gənclər Şahmat məktəbində keçirilmişdir.Yekun turda 34 tam orta məktəbdən 50 şagird iştirak etmişdir. İnşa yazısına 2 akademik saat vaxt ayrılmışdır.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Təhsil şöbəsinin əməkdaşı İntiqam Nuriyev məktəbliləri salamlamış, onlara 20 yanvar hadisələri haqqında ətraflı məlumatlar vermişlər. Bildirilmişdir ki, müsabiqənin qalibləri müəyyən olunduqdan sonura Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Keçidlər