Şriftin ölçüsü :

Saytın rəngi :

Monitorinq insidentsiz başa çatıb

08 noyabr 2017 | 16:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 8-də Tərtər rayonu ərazisində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

Monitorinqdən əvvəl şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə rayon rəhbəri nümayəndələrə təmas xəttindəki mövcud vəziyyət haqqında ətraflı məlumat verib.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan ərazisilərimizdə isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç aparıblar.

Monitorinq insidentsiz başa çatıb.

Keçidlər