Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycanın İntellektual Birincisi" layihəsinin sonuncu regional turniri Tərtər rayonunda keçirilib

06 noyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "Azərbaycanın İntellektual Birincisi" layihəsinin sonuncu regional turniri Tərtər rayonunda keçirilib.

Turnirdə Tərtər, Ağdam, Füzuli rayonlarının gənc intellektuallarından ibarət komandalar iştirak edib.

Açılış mərasimində Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Açılış mərasimindən sonra 4 intellektual oyuna ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") start verilib. Tərtər rayonunda keçirilən regional seçim turunda "Nə? Harada? Nə zaman?", “Vətəni tanı” intellektual oyunlarında Tərtər, "Xəmsə", "Axtar-tap" intellektual oyunlarında Füzuli rayonunun gənc intellektualları qalib olublar.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Keçidlər