Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə naziri Oktay Şirəliyev Tərtərdə vətəndaşları qəbul edib

29 sentyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll üçün müxtəlif tədbirlər görürlər.

Səhiyyə naziri Oktay Şirəliyev 29 sentyabr 2017-ci il tarixində Tərtər Mərkəzi Rayon Xəstəxanasında Tərtər, Bərdə, Ağdam və Ağcabədi rayon sakinlərini qəbul edib.

Qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilmişdir.

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapmışdır.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

Keçidlər