Şriftin ölçüsü :

Saytın rəngi :

Su Təsərüfatı və Meliorasiya İşçiləri Günü münasibəti ilə tədbir keçirildi

05 iyun 2017 | 16:00

Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı münasibəti ilə tədbir keçirildi. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini yad edərək, abidəsinin önünə gül-çiçək dəstələri qoydular.
Sonra tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirildi. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov su təsərrüfatı və meliorasiya işçilərini 5 iyun  Su Təsərrüfatı və Meliorasiya İşçilərini peşə bayramı münasibəti ilə təbrik etdi, hər birinə cansağlığı, Azərbaycan xalqının xoş gələcəyi naminə qarşıya qoyulmuş vəzifələrin  icrasında yeni-yeni uğurlar arzuladı. Qeyd etdi ki,  Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılmışdır. Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görülmüş, təxirəsalınmaz layihələr həyata keçirilmişdir. Suya ehtiyac olan yaşayış məntəqələrində yeni artezian quyuları qazılaraq sakinlərin istifadəsinə verilir. Tərtər şəhərinin və ona bitişik 11 kəndin, ümumilikdə 26198 nəfər əhalinin su təchizatı və kanalizasiya sisteminin  yaxşılaşdırılması üçün layihə həyata keçirilir. Artıq şəhər əhalisi fasiləsiz olaraq içməli su ilə təmin olunur. Dekabrın 2-də Tərtər şəhərində içməli su xəttinin açılışında bizimlə birgə möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyeva iştirak etdilər. İndi layihə kəndlərimizdə davam etdirilir.
Cəbhə bölgəsinə göstərilən diqqət və qayğıya görə tərtərlilər Prezidentimizə minnətdardılar.
Tədbirdə çıxış edən Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev, Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Böyükkişi Cümşüdov, Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov, Su-Kanal İdarəsinin rəisi Elnur Abbasov su təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edərək, dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan danışdılar.
Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı tərəfindən bir qrup su təsərrüfatı və meliorasiya işçilərinə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olundu.

Keçidlər