Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

03 may 2017 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq mayın 3-də rayon icra hakimiyyəti Təhsil Şöbəsi, Qarabağ Regional Bilik Evi, YAP rayon təşkilatı, Gənclər və İdman İdarəsi ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda inşa yazı müsabiqəsi keçirib.
Rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin qatıldığı müsabiqənin birinci mərhələsi məktəblərdə, yekun tur isə Tərtər Rayon Uşaq-Gənclər Şahmat Məktəbində keçirilib. İki akademik saat vaxt ayrılmış yekun turunda 44 ümumtəhsil məktəbindən 44 nəfər şagird iştirak edib.
Tədbiri  rayon icra hakimiyyətinin əməkdaşı Tunarə Məmmədzadə açaraq məktəbliləri salamlayıb, onlara Ulu Öndərin həyat və fəaliyyəti  haqqında məlumat verib. Sonra YAP rayon təşkilatının aparat rəhbəri Kamil Məmmədov,  Qarabağ Regional Bilik Evinin direktoru İradə Əkbərli, Təhsil şöbəsinin nümayəndəsi Nigar Məstalızadə çıxış edərək məktəblilərə uğurlar diləyiblər.
“Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin qalibləri müəyyənləşdikdən sonra onlara ümummilli liderə  həsr olunmuş ümumrayon tədbirində rayon Gənclər və İdman İdarəsi və Qarabağ Regional Bilik Evi tərəfindən diplom və qiymətli hədiyyələr veriləcək.

Keçidlər