Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun-Narkotiklə mübarizə günüdür: “Narkomanlığa qarşı mübarizə hər birimizin borcudur” mövzusunda silsilə tədbirlər keçirilmişdir

25 iyun 2016 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisindəki idarə və təşkilatlarda, təhsil, səhiyyə, mədəniyyət mərkəzlərində, orta məktəblərdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar narkomaniya, onun doğurduğu fəsadlar və s. barədə əhalinin marifləndirilməsi məqsədi ilə silsilə tədbirlər keçirilmişdir. 

Tərtər rayon İcra Hakimiyyətinin, rayon hüquq mühafizə orqanlarının, ağsaqqalların, pedaqoji işçilərin, din xadimlərinin, ictimaiyyət və gənclərin nümayəndəlrinin iştirakı ilə keçirilən tədbirlərdə çıxış edənlər ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd etmişlər. Bildirilmişdir ki, narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamısının zəruridir.

Tədbirlərdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verildi, onların təklifləri dinlənilərək sualları cavablandırıldı. Rayonun idarə və təşkilatlarında, ilk növbədə orta təhsil müəssisələrində nakomaniyaya qarşı maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin daha geniş şəkildə keçirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsinin vacibliyi vurğulanmış, narkomaniyanın fəsadları ilə bağlı film və maarifləndirici video-çarxlar nümayiş etdirilmişdir.

 

Keçidlər