Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev-92: mini futbol yarışına yekun vurulmuşdur

04 may 2015 | 15:00

Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə rayon icra hakimiyyəti YAP rayon təşkilatı, Gənclər və İdman idarəsi və rayon Təhsil Şöbəsi ilə birlikdə ümumtəhsil məktəblərinin yığma komandaları arasında  mini futbol idman növü üzrə rayon birinciliyi keçirmişdir.

İştirakçılar əvvəlcə Ulu Öndərin büstü önünə gül-çiçək dəstəlləri qoyaraq onun xatirəsini ehtiramla yad etmişlər.

Tədbiri Tərtər rayon Gənclər və İdman idarəsinin rəisi İsmayıl İsmayılov açaraq Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan söhbət açmışdır. Sonra rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov bu cür yarışların silsilə olaraq keçiriləcəyini bildirərək yarış iştirakçılarına uğurlar arzuladı.

Ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş mini futbol yarışına start verildi. Yarışda 24 məktəbin komandası öz bacarıqlarını nümayiş etdirdi. Nəticədə  Şəhər 1 saylı tam orta məktəbin komandası I,  Şəhər 5 saylı tam orta məktəbin komandası II,  Sarıcalı kənd tam orta məktəbin komandası isə III  yerə layiq görüldü. Qaliblərə YAP rayon təşkilatı və Gənclər və İdman idarəsi tərəfindən diplom və qiymətli hədiyyələr verildi.
 

Keçidlər