Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir:
Özünəməxsusluğun və milli identikliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub.
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, rayonun mərkəzi küçələrində, o cümlədən, Heydər Əliyev prospekti boyunca Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dezinfeksiya işləri davam etdirilir.
Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibəti ilə Vətən müharibəsində xidmətləri olan rayon sakinləri, 1-ci Qarabağ Müharibəsi qaziləri və veteranları ilə görüşərək onları təbrik edib, rayon icra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif etdi
Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibəti ilə Vətən müharibəsində xidmətləri olan idarə, müəssisə kollektivləri ilə görüşərək, onları təbrik edib, rayon icra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib
44 günlük Vətən müharibəsində Tərtər rayonuna 16277 mərmi, 21 raket düşüb. Rayon 40 hərbi, 17 mülki şəhid verib. 200-ə yaxın həmyerlimiz qazi olub, 3 nəfər isə itkin düşüb. Tərtərə düşən mərmilər nəticəsində minlərlə fərdi yaşayış evləri dağılıb, ictimai binalara, sosial obyektlərə ziyan dəyib.
Milli Məclisin deputatı Ağalar Vəliyev 97 saylı Goranboy - Ağdam - Tərtər seçki dairəsinin seçicilərinə Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik ünvanlayıb.
Milli Məclisin deputatı Ağalar Vəliyev 97 saylı Goranboy - Ağdam - Tərtər Seçki Dairəsinin seçicilərinə Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik ünvanlayıb: Dəyərli seçicilər ! Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram!
Əziz tərtərlilər! Qələbə və Zəfər ili kimi yadda qalan 2020-ci il də tarixə qovuşur. Bu il bütün Azərbaycan xalqı üçün uğurlu və düşərli oldu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Müzəffər Ordusu xalqımızın 30 illik Qarabağ həsrətinə son qoydu, düşmən üzərində qələbə qazanıldı, torpaqlarımız erməni işğalından azad edildi, üçrəngli bayrağımız əvvəlki kimi Qarabağ torpaqlarında dalğalandı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə 8 noyabr Zəfər günü təsis edildi. Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki tarixi qələbəsi münasibəti ilə 10 dekabr 2020-ci il tarixdə Bakıda Zəfər hərbi paradı keçirildi. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumlarından müdafiə sistemlərinin, eləcə də, hərbi gəmi və karterlərin, o cümlədən, düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi nümayiş etdirildi. Xalqımızın Zəfər paradında coşqu və həyəcanı unudulmaz və yaddaqalan oldu.
44 günlük Vətən müharibəsində Tərtər rayonuna 16277 mərmi, 21 raket düşdü. Rayon 40 hərbi, 17 mülki şəhid verdi. 200-ə yaxın həmyerlimiz qazi oldu, 3 nəfər isə itkin düşdü.
Şəhid statusu təyin olunması üçün tələb olunan sənədlərin siyahısı: Hərbi qulluqçulara münasibətdə: hərbi hissənin arayışı və ölüm haqqında şəhadətnamə, itkin düşmə hallarında isə məhkəmə qətnaməsi Mülki vətəndaşa münasibətdə: rayon (şəhər) YİHO-nın verdiyi arayış Müraciət edilən dövlət qurumu: 1. Hərbi qulluqçulara münasibətdə: o gizir və zabit heyəti üçün – MN, DİN, DTX, XKX, DSX, XDMX (hansı orqanda xidmət edibsə) o əsgərlər üçün – Səfərbərlik Xidmətinin (SHXÇDX) yerli bölmələri (komissarlıqlar) 2. Mülki vətəndaşa münasibətdə: yerli rayon (şəhər) İHO.
Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarında və küçələrdə dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir.
Müharibə ilə əlaqədar əlillik statusu Müharibə ilə əlaqədar əlillik təyinatı aparılanlar: 1. ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar(ARƏBM) 2. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar(HXVYY)
Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilmişdir. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.
ATƏT-in Minsk qrupu həmsərdlərinin sonuncu dəfə Azərbaycana səfərindən sonra ötən bir il ərzində bölgə və dünyadakı vəziyyət dəyişmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Status-kvo güc yolu ilə, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirilmişdir.Minsk qrupu həmsədr ölklərinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Prezident İlham Əliyev: “Hərbi variant yoxdur” deyənlər sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.Hazırda Rusiya sülhməramlıları Dağlıq Qarabağda öz fəaliyyətinə başlayıblar. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib. Vəziyyət müəyyən dərəcədə sabitdir. Sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub.
Qələbə Paradı Ali Baş Komandanın çıxışı ilə başladı və möhtəşəmliyi ilə hər bir azərbaycanlının yaddaşında qaldı. “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dekabrın 1-də xalqa etdiyi müraciətdə söylədiyi kimi: “Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir”. Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı. Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. Azərbaycan Vətən müharibəsinin 44 günü (27 sentyabr - 9 noyabr) ərzində 4 rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi, düşməni darmadağın etdi və Ermənistanı dərin böhrana saldı. Azərbaycan Ordusunun məhv etdiyi və ya qənimət götürdüyü düşmənə məxsus hərbi texnikanın qiyməti bir neçə milyard dollardır. Bu, xarici borc içində üzən Ermənistan üçün böyük zərbədir.
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Tərtər rayonunda sanitar-dezinfeksiya tədbirləri davam etdirilir. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər müəyyən edilmiş qrafikə əsasən həyata keçirilir. Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarında, binaların giriş blokları və pilləkənlərində, insanların kütləvi toplaşdığı digər yerlərdə aparılıb.
25 noyabr 2020-ci il tarixdə 27 illik böyük həsrətdən sonra Kəlbəcər rayonu işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, indi isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirir. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.
Ağdam rayonu Qarabağ ərazisində çox inkişaf edən və əhalisinin sayına görə ən böyük rayondur. Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi.
Tərtər rayonunda yeni koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə reydlər davam etdirilir. Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul əməkdaşlarının və rayonda təşkil edilmiş mobil qrupların iştirakı ilə keçirilən yoxlamalarda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi nəzarət edilir
Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 10 noyabr qələbəsindən cəmi 6 gün sonra işğaldan azad olunmuş Cəbrayıl və Füzuli şəhərlərinə getdilər. Bu gediş tarixi gediş idi. Azərbaycan 28 ildən sonra həm Qarabağı işğaldan azad etdi, həm də Qarabağa sahibləndi. Bir daha onun olduğunu və bir daha bundan sonra kimsənin ona sahibindən başqa sahiblənə, yiyələnə bilməyəcəyini göstərdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri qalib Sərkərdənin işğaldan azad olunmuş torpaqlarda xalqla birlikdə qeyd etdiyi Zəfər bayramı idi. Dövlət başçısının səfərinin Milli Dirçəliş Günü ərəfəsində baş tutması həm siyasi, həm də tarixi aspektdən böyük önəm kəsb edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan yenicə azad edilmiş, təhlükəsizliyi hələ tam təmin olunmamış, minalardan tam təmizlənməmiş rayonlara səfər etməklə bir daha xüsusi cəsarət və liderlik nümayiş etdirdi.
Tərtər rayonunun ərazisində COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə reyd keçirilib. Xidmət obyektlərində-ticarət və iaşə mərkəzlərində, əhalinin daha çox toplaşdığı məkanlarda, avtonəqliyyat vasitələrinə keçirilən reyd zamanı koronavirus infeksiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin qaydaları barədə vətəndaşlarla maarifləndirmə söhbətləri aparılıb, tibbi gigiyenik vasitələrdən istifadənin zəruriliyi onların diqqətə çatdırılıb.
- 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu; - Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı;