Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidi Mənsimli İntiqam Rövşən oğlunun il mərasimi keçirilib

17 oktyabr 2021 | 16:00

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Mənsimli İntiqam Rövşən oğlu 1998-ci il iyunun 6-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Oktyabrın 16-da Talış istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 17-da yaşadığı Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.

Şəhid Mənsimli İntiqam 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər