Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidi Ruslan Şahbazovun il mərasimi keçirilib

10 oktyabr 2021 | 16:00

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri  Şahbazov Ruslan Mahir oğlu 1991-ci il iyulun 14-də Tərtər rayonunun Ələsgərli kəndində anadan olub. sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 10-da yaşadığı Tərtər rayonunun Ələsgərli kəndində dəfn olunub.

Şəhid Ruslan Şahbazov 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra  "Azərbaycan Bayrağı" ordeni  və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər