Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağ ilmələrdə” layihəsi Tərtərdə

08 oktyabr 2021 | 16:00

Vətən müharibəsinin ildönümü ilə əlaqədar Azərbaycan Jurnalistlər Şəbəkəsi, Mədəniyyət Nazirliyi, “Azərxalça” və “Təmiz Şəhər” ASC-lər xüsusi layihəyə başlayıblar. “Qarabağ ilmələrdə” adlanan sosial layihə çərçivəsində “Qarabağ xalçası” 2021-ci il sentyabrın 28-dən noyabrın 1-dək ölkənin müxtəlif bölgələrinə səyyar formada xüsusi avtomobillə daşınacaq. Çoxlu sayda vətəndaşların qoşulması planlaşdırılan sosial layihə çərçivəsində ilmə-ilmə vətəndaşlarımız tərəfindən toxunacaq xalça Vətən müharibəsində hər bir Azərbaycan vətəndaşının zəhmətini, birlik və bərabərliyini nümayiş etdirəcək. Yekunda, 8 Noyabr - Zəfər Günündə Qarabağ xalçası ictimaiyyətə təqdim olunacaq.

Keçidlər