Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə mülki şəhid Məmmədov Həsən Asif oğlunun il mərasimi keçirilib

07 oktyabr 2021 | 16:00

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, 44 gün davam edən vətən müharibəsində erməni qəsbkarları müharibə qaydalarına zidd olaraq Tərtər rayonunda mülki əhalinin yaşadığı yaşayış məntəqələrini də ağır  artilleriya silahlarından atəşə tutmuşdur. Bunun nəticəsində 07 oktyabr 2020-ci il tarixdə Tərtər rayonunun Azad Qaraqoyunlu kəndinin atəşə tutulması zamanı Qaynaq kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Həsən Asif oğlu şəhid olmuşdur.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər