Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə yanğın təhlükəsizliyi ilə bağlı yaradılmış rayon qərargahının növbəti tədbiri keçirildi

15 iyul 2021 | 16:00

İyunun 15-də Heydər Əliyev adına parkda karantin qaydalarının şərtlərinə uyğun olaraq, sosial məsafə gözlənilməklə Tərtər rayonunun taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı yaradılmış rayon qərargahının növbəti tədbiri keçirildi.

Aidiyyəti qurumların əməkdaşlarının, İƏD üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirak etdiyi tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, FHN-nin DYNX-nin Aran Regional DYNİ-nin böyük inspektoru Sadiq Bəbişov, Tərtər DYMH-nin rəis müavini Vüqar Nəcəfov və digərləri çıxış edərək əkin sahələrində baş vermiş yanğın hadisələrindən, onların qarşısının alınması məqsədilə görülən işlərdən, taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan yanğına qarşı tədbirlərin əhəmiyyətində danışdılar. Qarşıda duran vəzifələr müzakirə olundu.

Keçidlər