Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 2 iyul-Polis işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi

02 iyul 2021 | 16:00

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir karantin qaydalarının tələblərinə əməl etməklə rayon polis şöbəsində davam etdirilib.

Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı günü münasibətilə təbrik etdi, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxudu, Azərbaycan polisiinin keçdiyi tarixi yola nəzər saldı, Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu diqqət və qayğının Ulu Öndərin siyasi kursunun layiqli davamçısı respublika prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Bildirdi ki, Azərbaycan Polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.

Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov polis işçilərini əlamətdar gün münasibətilə təbrik etdi, respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, müstəqil dövlətçiliyimizin qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu vurğuladı, onlara çətin və şərəfli işlərində uğurlar arzuladı. Bildirdi ki, Azərbaycan polisi bir əsr şərəfli tarixi yol keçmişdir. Xüsusən, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili gücləndirilmiş peşakar kadr özəyi yaradılmışdır. Ulu Öndər həmişə polis əməkdaşlarının əməyinə yüksək qiymət vermişdir. Məhz Ümummilli liderin 1998-ci il 24 may tarixli fərmanı ilə iyulun 2-si Azərbaycan Polisi günü kimi qeyd olunur. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirən islahatlar, struktur dəyişiklikləri, maddi texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması polis işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Sonra rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və rəşadətli ordumuzun qüdrəti ilə ötən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs etdi. Azərbaycan daxili işlər orqanlarının əməkdaşlarının öz vətənpərvərliklərini və şücaətlərini 44 dün davam edən şanlı Vətən müharibəsində də nümayiş etdirdiyini bildirdi.  Azərbaycan polisinin ötən ilin əvvəlindən dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizə dönəmində də üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirdiyini, bu gün də pandemiya ilə mübarizədə ön sırada dayandığını və vətəndaşımızın sağlamlığının qorunması üçün gecə-gündüz fasiləsiz xidmət apardıqlarını qeyd etdi.

Tədbirdə iştirak edən rayon prokuroru Əli Qurbanov, rayon məhkəməsinin hakimi Kamil Rzayev, Tərtər hərbi prokuroru Hümmət Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət  Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev çıxış edərək 103 illik tarixə malik Azərbaycan polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildirdilər.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərmanlar təqdim edildi.

Keçidlər