Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır

29 iyun 2021 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə əməl etməklə qəbul edib.

Vətəndaşlar 44 günlük Vətən müharibəsində evlərinə dəyən ziyanla, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, əkin sahələrinin suvarılmasında rastlaşdıqları çətinliklərlə, işlə təminat və digər şəxsi məsəllələrlə bağlı müraciət ediblər.

Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, lazımi köməkliklər göstərilib.

İcra başçısı sakinlərin problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar, icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib.

Qəbulda olan sakinlər onların müraciətlərinin dinlənilməsindən razi qaldıqlarını və Tərtər rayonuna göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər