Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhərində növbəti iməcilik keçirilib

18 iyun 2021 | 16:00

Tərtər rayonunda abadlıq işləri mütamadi olaraq davam etdirilir. Bunun üçün iməciliklər keçirilir, abadlıq və təmizlik işləri görülür. Tərtər şəhərində keçirilən növbəti iməcilikdə yol kənarları alaq otlarından təmizlənib, ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb. Ərazi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb. 

Keçidlər