Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonu ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılır

15 iyun 2021 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Tərtər rayonunda dezinfeksiya tədbirləri mütəmadi olaraq davam etdirilir. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər müəyyən edilmiş qrafikə əsasən həyata keçirilir. Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri Tərtər rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının, Uşaq Gənclər İdman Şahmat məktəbinin, Azərpoçt MMC-nin Tərtər rayon filialının, Tarix Diyarşünaslıq müzeynin, Tərtər rayon Mədəniyyət Mərkəzinin inzibati binalarında və insanların sıxlıq təşkil etdiyi ərazilərdə aparılmışdır.

Keçidlər