Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə qadınlara təbriki:

08 mart 2021 | 16:00

Əziz Qadınlar.

Sizi 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar diləyirəm.

Qadınlar tariximizin bütün mərhələlərində milli-mənəvi dəyərlərimizin nəsildən-nəsilə ötürülməsində əhəmiyyətli rol oynamış, onların arasından müdrik hökmdarlar, istedadlı şair və yazıçılar, dövlət xadimləri çıxmışdır.

Xalqımızın hər şeydən çox sevdiyi torpaq, vətən, dil anlayışına  ana torpaq  ana vətən, ana dili deyilməsi anaya olan məhəbbətimizin ən böyük təcəssümüdür.

30 il idi ki, anamız sinəsi dağlı, ana Vətən dediyimiz Qarabağ torpağlarımız işğal altında idi. 2020-ci ilin noyabr ayında düşmən üzərində qazanılan Möhtəşəm Qələbə ana və bacılarımızı daha da qürurlandırırdı. Çünki bu qələbəni bizə onların tərbiyə edib böyütdüyü, gücünə-qüvvəsinə inandığı Milli Ordumuzda xidmət edən oğullar yaşatdı. Şəhidlər versək də, qazilərimiz olsa da onların qisasını düşməndən aldıq. Allah bütün şəhid oğullarımıza rəhmət eləsin! Şəhid analarına, həyat yoldaşlarına Ulu Tanrıdan səbr diləyirəm. Qarşılarında baş əyirik. Onlar bizim başımızın tacıdırlar!

Bu gün Azərbaycan qadını daha şəfqətli, daha qürurlu,  daha işgüzardır. Bu gün Azərbaycan qadını bütün sahələrdə-yüksək ali dövlət qurumlarında, xarici ölkələrdə müstəqil Azərbaycanımızı layiqincə təmsil edirlər. Biz bunu Azərbaycan Respublikasının birinci viste-prezidenti Mehriban xanım Əliyevanın timsalında daha aydın görürük. Onun rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr ölkəmizi bütün dünyada tanıdır.

Azərbaycan qadını müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmləndirilməsinə vətənimizin yüksəlişinin təmin olunmasına yenə də öz layiqli töhvələrini verməkdə davam edir. İnanırıq ki, onlar vətənpərvər gənclərin yetişdirilməsinə, ictimai-mənəvi mühitimizin zənginləşməsinə, milli-mənəvi dəyərlərimizin qorunub nəsildən-nəsilə ötürülməsinə öz layiqli töhvələrini verəcəklər.

Əziz Qadınlar!

Bir daha Sizi təbrik edirəm! Bayramınız mübarək!

Keçidlər