Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının doqquzuncu ildönümü qeyd olundu

13 fevral 2021 | 16:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 9-cu ildönümü münasibəti ilə xidmətin Tərtər rayon şöbəsinin əməkdaşları  Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 9-cu ildönümü münasibəti ilə xidmətdə fərqlənən Tərtər rayon şöbəsinin bir qrup əməkdaşı rayon icra hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunub.

Keçidlər