Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil naziri UNICEF və BQXK nümayəndələri ilə birgə müharibə nəticəsində zərər görmüş məktəblərdə olub

13 fevral 2021 | 16:00

Fevralın 12-də təhsil naziri Emin Əmrullayev UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliklərinin rəhbərləri ilə birlikdə Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində Tərtərdə ciddi ziyan dəymiş məktəblərlə tanış olub.

Xarici tərəfdaşlar  dağıdılmış binaların, Tərtər rayonu Düyərli kənd tam orta məktəbinin məruz qaldığı düşmən aqressiyasının faciəvi nəticələrinin əyani şahidi olublar.

Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov qonaqlara 44 gün davam edən Vətən müharibəsi müddətində ermənilərin atdığı mərmilərdən rayona dəymiş ziyan barədə ətraflı məlumat verib.

Daha sonra bu ərazilərdə təhsil alan şagirdlərlə görüş keçirilib.

Qeyd edək ki, xarici tərəfdaşlar müharibə cinayətinin fəsadlarının aradan qaldırılması üçün Təhsil Nazirliyi ilə müxtəlif istiqamətlərdə, o cümlədən, müəllim və şagirdlərimizə sosiopsixoloji dəstəyin göstərilməsində əməkdaşlıq edirlər.

Keçidlər