Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 65 yaşdan yuxarı əhali qrupu peyvənd edilir

10 fevral 2021 | 16:00

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən  rayonda ilk mərhələdə səhiyyə işçiləri, 08 fevral 2021-ci il tarixdən isə 65 yaşdan yuxarı şəxslərin peyvəndləməsinə başlanıldı.

05 fevral 2021-ci il tarixdən növbəliliyin təmin edilməsi məqsədilə elektron müraciətlər üçün xidmət növü (randevu.its.gov.az) fəaliyyətə başlayıb, bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədilə rayon ərazisində təbliğat işləri aparılıb, idarə, müəssisə və təşkilatlara əhalinin vaksinasiya tədbirlərində fəal iştirak etməsi ilə əlaqədar metodiki xarakterli təlimatlar verilib.

Keçidlər