Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə imtahan keçiriləcək məktəbdə dezinfeksiya və təmizlik işləri aparılıb

08 iyul 2020 | 16:00

Dövlət İmtahan Mərkəzi tərəfindən  iyul ayının 10-da Tərtər rayonunda əvvəlki illərin məzunları üçün ali məktəblərə qəbul imtahanının birinci mərhələsi və üzürlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün yekun qiymətləndirmə imtahan keçiriləcəkdir.

İmtahanların keçirləcəyi  Tərtər şəhər 6 saylı tam orta məktəbdə  sanitar qovşaqlar təmir edilib, dezinfeksiya və təmizlik işləri aparılıb, şagirdlərin imtahana buraxılış zamanı toplaşacağı  yerlərdə sosial izolyasiya qaydalarına əməl etməsi üçün 2 metrlik ara məsafəsi nişanları çəkilib.

İmtahanlarda iştirak edəcək şagirdlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadəsi və qaydalara riayət etməsi mütləqdir.

Keçidlər